RU

Babamı faşistlərlə əməkdaşlıqda günahlandırdılar - Paşinyan

Əgər xalq məni divara dirəməyi qərara alsa, mən gedəcəyəm.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hibrid hücumları və 2021-ci ildə istefa verməsi barədə sualı cavablandırarkən deyib.

“Artıq məni ən ədalətli hakim – xalq mühakimə edib. Və yenə də mühakimə edəcək”, – deyə Paşinyan qeyd edib:

“O vaxt hibrid hücumları deyəndə mən bunu ciddi qəbul etmirdim. 2020–21-ci illərdəki kimi hibrid hücumları nə vaxt olub, nə də olacaq. Mənim babamı II Dünya müharibəsinin xaini adlandırdılar. Babama qarşı kampaniya başladıldı. Guya faşistlərlə əməkdaşlıq edib. Bundan sonra ola biləcək şeylər sadəcə hibrid desertdən başqa bir şey deyil”.

Избранный
9
1
axar.az

2Источники