Gəncədə ər arvadını bıçaqlayıb.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata əsasən, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info