Demokrat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
***
22:28
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.
***
21:49
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
21:33
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
21:14
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
20:45
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Demokrat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
10Источники
-
qaziler.azUEFA Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"i də məğlub edib ( 21953407)
-
editor.azUEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə ( 21952420)
-
azpolitika.infoUEFA Çempionlar Liqası: “Qarabağ Kopenhagen”i də məğlub etdi VİDEO ( 21951571)
-
far.az"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi ( 21951298)
-
konkret.azUEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə ( 21951277)
-
musavat.com"Qarabağ"dan TARİXİ QƏLƏBƏ... ( 21951322)
-
demokrat.az“Qarabağ” Skandinaviya səddini aşdı — CANLI (YENİLƏNİB) ( 21951226)
-
90deqiqe.az“Qarabağ” Çempionlar Liqasında növbəti uğurunu qazandı ( 21951220)
-
interpress.az“Qarabağ” ÇL-də ikinci qələbəsini qazanıb ( 21951214)
-
yenisabah.azUEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə ( 21951202)