"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Far.Az-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
***22:30
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.
Far.Az-in məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.
***21:54
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.
Far.Az-in məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
***21:39
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.
Far.Az-in məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
***21:15
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Far.Az-in məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.
Matçın 28-ci dəqiqəsində Abdullah Zubir fərqlənib.
***20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" və "Kopenhagen" komandaları arasında matç başlayıb.
Far.Az-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.