RU

Zelenski bəyan etdi: Ukrayna buna hazırdır

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlük danışıqlarının birinci mərhələsinə – əsas klasterə başlamağa hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı öz teleqram kanalında bildirib. O, qeyd edib ki, Kiyev Aİ tələblərinə uyğunluğu təmin etmək üçün qanunvericilik sisteminin daxili yoxlamasını başa çatdırıb:

“Biz Aİ-yə üzvlük danışıqlarında Klaster 1-i açmağa tam hazırıq. Bu məsələdə real irəliləyişə ehtiyacımız var”.

Zelenskinin sözlərinə görə, Ukrayna qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırmaq prosesini hamıdan daha sürətli həyata keçirib. Eyni zamanda, Ukrayna lideri Avropanı vədlərinə əməl etməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə qəbuluna etiraz edərək bildirmişdi ki, bu addım Avropanı birbaşa müharibəyə cəlb edəcək və avropalı vergi ödəyicilərinin pulları Kiyevə yönəldiləcək.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
globalinfo.az

1Источники