RU

“Kopenhagen”in baş məşqçisi: “Qarabağ”ın güclü olduğunu bilirdik

BAKI, 1 oktyabr. TELEQRAF

“Əvvəldən “Qarabağ”ın güclü olduğunu bilirdik”.

Teleqraf xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra danışarkən deyib.

37 yaşlı mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib: “Şanslar 50/50-yə idi.Birinci hissədə xüsusilə rəqib mükəmməl oynadı. İkinci hissədə biz aktiv olduq. Təəssüf ki, şansları dəyərləndirə bilmədik.“Qarabağ” qələbəyə layiq idi. Nəticə də bunu göstərdi”.

Избранный
20
2
teleqraf.com

3Источники