"Qarabağ" çox mükəmməl oyun nümayiş etdirdi".
Moderator.az xəbər verir ki, bunu "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabag"ın oyununun belə mükəmməl olması məşqçisinin adı ilə bağlıdır.
"O, uzun illərdir bu klubun baş məşqçisidir və bu gün də "Qarabağ"dan gözlədiyim oyunu gördüm", - deyə rəqib baş məşqçi bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen"i 2:0 məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.