RU

Türkiyə İranla yeni sərhəd-keçid məntəqəsi açır

Türkiyənin Van vilayətinin Başkale rayonu ilə İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhəri arasında dördüncü sərhəd-keçid məntəqəsinin açılması planlaşdırılır.

“Qafqazfino” ISNA-ya istinadla xəbər verir ki, yeni keçid məntəqəsi Kuzareş-Gəlinciq istiqamətində fəaliyyət göstərəcək və Bazərqan, Razi və Sərv məntəqələrindən sonra iki ölkə arasında növbəti sərhəd qapısı olacaq.

Türkiyə parlamentinin deputatı Kayhan Türkmənoğlunun sözlərinə görə, artıq ərazidə hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə texniki araşdırmalar aparılıb. Deputat bildirib ki, bu təşəbbüs ticarət əlaqələrinin genişlənməsinə, eyni zamanda sərhəd bölgələrinin sosial-iqtisadi inkişafına təkan verəcək.

Türkiyədə İranın səfiri Məhəmməd Həsən Həbibullahzadə də yeni məntəqənin yerləşəcəyi ərazi və gömrük infrastrukturuna dair müzakirələrin aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, tərəflər yaxın vaxtlarda prosesin sürətləndirilməsinə hazırdır.

“Cebheinfo.az”

Избранный
8
5
cebheinfo.az

7Источники