RU

AYNA 31 avtobus marşrutunu müsabiqəyə ÇIXARIR

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 31 sayda şəhərlərarası və şəhərdaxili (1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40, 104 və 165 nömrəli) avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.Məlumata görə, sənədlər oktyabrın 30-da saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;-Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;-Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) istiqamətlərində 6 lot üzrə noyabrın 18-də;-paytaxtın 1 nömrəli ("28 May" m/st – "Neftçilər" m/st), 2 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Dərnəgül" m/st), 3 nömrəli ("Dərnəgül" m/st – Badamdar qəsəbəsi), 4 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Montin yaşayış massivi) və 5 nömrəli ("Nəriman Nərimanov" m/st – "20-ci Sahə" dairəsi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 21-də;-paytaxtın 6 nömrəli ("Azadlıq prospekti" m/st – "20-ci Sahə" yaşayış massivi), 10 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Yasamal yaşayış kompleksi (MİDA)), 11 nömrəli (Dəmiryol vağzalı – İbrahim Əbilov küçəsi), 13 nömrəli ("Koroğlu" NMM – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 14 nömrəli ("28 May" m/st – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 25-də;-paytaxtın 40 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu d/st – Günəşli qəsəbəsi), 104 nömrəli ("Həzi Aslanov" m/st – Yeni Suraxanı qəsəbəsi) və 165 nömrəli (A.M.Şərifzadə küçəsi – Mehdiabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 3 lotda noyabrın 27-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
15
bizim.media

10Источники