Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrailin müdaxiləsinə məruz qalıb.
Hadisə beynəlxalq sularda baş verib.
Donanmadakı türk fəallar CNN Türk-ə açıqlamalarında vəziyyətin gərgin olduğunu açıqlayıblar.
Gəmidəki şəxslər hazırda çox riskli bölgədə olduqlarını və hər an İsrailin hücumunun baş verə biləcəyini qeyd ediblər:
“Hazırda yüksək hazırlıq vəziyyətindəyik, qarşımızda 12 İsrail gəmisi var. Onlar bizi əngəlləmək üçün bütün gücü ilə yaxınlaşır. Bu gecə mütləq hərbi müdaxilə gözləyirik”.
Artıq 11 türkün təxliyə edildiyi bildirilir.
Globalinfo.az