BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ-də hökumətin maliyyələşdirilməsinin qismən dayandırılmasına görə, yaxın günlərdə federal qurumlarda kütləvi ixtisarlar başlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Politico”ya açıqlamasında Ağ Evin Administrativ-Büdcə İdarəsinin direktoru Rassell Vout məlumat verib.
Onun sözlərinə görə, işdən çıxarılmalar bir-iki gün ərzində başlayacaq.
Şatdaun nəticəsində aztəminatlı ailələr üçün nəzərdə tutulan bir sıra sosial proqramlar dayandırılacaq. Bundan başqa, Nyu-York ştatında infrastruktur layihələrinə ayrılmış milyardlarla dollar vəsaitin xərclənməsi ilə bağlı qərarlar yenidən nəzərdən keçirilir.