RU

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Monteneqronun Plujine şəhərində dünyanın ən qeyri-adi yarışlarından biri - uzanma və tənbəllik üzrə çempionat start götürüb.

Oxu.Az xəbər verir ki, yarışın qalibi yataqda ən uzun müddət qalan şəxs olacaq.

Artıq 20 iştirakçı xüsusi hazırlanmış otaqlara yerləşdirilib. Təşkilatçılar onların rahatlığı üçün hər bir şəraiti təmin ediblər - yemək, içki, internet, həmçinin hər səkkiz saatdan bir 15 dəqiqəlik fasilə verilir. Qalib 2 000 avro məbləğində pul mükafatı qazanacaq.

Sonuncu dəfə bu çempionat iki il əvvəl keçirilib. Həmin vaxt Lidiya adlı qadın 50 gün yataqda qalaraq rekord müəyyənləşdirib. Bu il o, öz rekordunu yeniləməyə hazırlaşır. Jurnalistlərə açıqlamasında bildirib ki, son aylarda çox işləyib və hətta 2026-cı ilə qədər uzanmağa hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
50
oxu.az

10Источники