“Sabah”ın qapıçısı Stas Pokatilov yenidən Qazaxıstan millisinə çağırıla bilər.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, onun Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı məşqçilər korpusunun diqqətini çəkib.
32 yaşlı qolkiper ölkə çempionatının ilk 6 turunda qapısından cəmi 3 top buraxıb. Qazaxıstan yığmasında qapıçıların qeyri-stabil çıxışı Pokatilova əlavə şans yaradıb.
Təsadüfi deyil ki, DÇ-2026-nın seçmə mərhələsinin geridə qalan 5 oyununun 3-də Muxammejan Seisen, 1-də Aleksandr Zarutski, 1-də isə Temirlan Anarbekov “çərçivə”ni qoruyub.
Oktyabrdakı oyunlar üçün namizəd qapıçılar arasında Pokatilovun da adı var.
Qazaxıstan yığması oktyabrın 10-da Lixtenşteyn, 13-də isə Şimali Makedoniya ilə qarşılaşacaq.