RU

İnsan dərisindən yumurta hüceyrəsi yetişdirildi: Bioloji ana olmadan mayalanma mümkün ola bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər insan dərisindən yumurta hüceyrələri yetişdirməyi öyrəniblər ki, bu da bioloji ana olmadan mayalanmanın mümkünlüyünü göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universiteti tədqiqatçıları "Daily Mail" nəşrinə danışıblar.
Yeni metod pasiyentin öz somatik hüceyrələrindən, məsələn, dəri hüceyrəsindən götürülən nüvənin donor yumurta hüceyrəsinə köçürülməsinə əsaslanır. Donor hüceyrənin öz nüvəsi çıxarıldıqdan sonra bu əməliyyat həmin hüceyrənin funksional yumurta hüceyrəsinə çevrilməsinə imkan yaradır.
Lakin burada bir problem mövcuddur: normal yumurta hüceyrəsi insanın xromosomlarının yarısını - 23 xromosomu daşıyır, dəri hüceyrələrində isə iki tam dəst - 46 xromosom mövcuddur. Artıq xromosomların aradan qaldırılması üçün alimlər "mitomeyoz" adlanan xüsusi üsuldan istifadə ediblər. Bu proses hüceyrənin bir dəst xromosomu ataraq funksional qametaya çevrilməsini təqlid edir.
Məhz bu metod sayəsində tədqiqatçılar 82 funksional yumurta hüceyrəsi əldə edə biliblər. Onların bir hissəsi laboratoriya şəraitində mayalandırılıb və təxminən 9%-i embrionun inkişaf mərhələsi olan blastosist səviyyəsinə çatıb.
Edinburq Universitetinin Reproduktiv Sağlamlıq Mərkəzinin professoru Riçard Anderson bildirib:
"Bir çox qadın müxtəlif səbəblərə görə, o cümlədən xərçəng müalicəsindən sonra yumurta hüceyrələrini itirdiyi üçün ana ola bilmir. Bu tədqiqat göstərir ki, dəri hüceyrələrindən götürülmüş genetik material mayalanma və erkən embrion inkişafı üçün lazım olan xromosom dəstinə malik hüceyrə yaratmaq üçün istifadə edilə bilər".
Alimlər qeyd edirlər ki, nəzəri cəhətdən embrion müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra qadına standart EKO metodu ilə köçürülə bilər.
Hazırda bu yanaşma yalnız siçanlar üzərində sınaqdan keçirilib.
Избранный
45
50
oxu.az

10Источники