
“SpaceX” və “Tesla Motors” şirkətlərinin yaradıcısı İlon Mask Mars planetini Amerikanın bir hissəsi adlandırıb.
Reyting.az-ın məlumatına görə, İlon Mask deyib ki, Yer planetindəki həyat yolunun sonu böyük ehtimalla orada da ola bilər.
Mask daha sonra vurğulayıb ki, Qırmızı planet ABŞ-nın bir hissəsi olacaq.
Amerikalı milyarder "X" sosial şəbəkəsində yazıb:
"Mənim yalnız bircə pasportum var - ABŞ pasportu. Həmişə belə də olacaq. Burada yaşayacağam və burada öləcəyəm. Yaxud da Marsda. O da Amerikanın hissəsidir".
Bundan əvvəl isə Mask "Starship" kosmik gəmisi ilə "Optimus" robotunun 2026-cı ildə Marsa göndəriləcəyini, həmçinin ilk insan enişinin 2029-cu ilə yaxın mümkün olacağını açıqlamışdı.
Oqtay QORÇU