RU

Süni intellekt insanları əsarət altına ala və ya məhv edə bilər

Süni intellekt dünyaya nəzarəti ələ keçirməklə gələcəkdə bəşəriyyətin məhvinə səbəb ola bilər. Bunu OpenAI şirkətinin rəhbəri Sam Altman bildirib. Bu barədə “Bild” yazır.

“Bu model dünyayanəzarəti ələ alır,” –  Altman Axel Springer şirkətinin baş direktoru Matias Döpfnərlə podkastında söyləyib.

Onun sözlərinə görə, digər ssenarilər süni intellektin ya hakimiyyəti özünə tabe etməsini, ya da insan nəzarətindən çıxaraq müstəqil inkişafını nəzərdə tutur.

Altman vurğulayıb ki, yaxın zamanda ChatGPT istifadəçilərinin sayı milyardlara çatacaq.

“İnsanlar ChatGPT-nin  verdiyi  cavablara  getdikcə daha çox güvənirlər,” –  o əlavə edib.

Onun fikrincə, insanların böyük hissəsi sonda süni intellektin tövsiyələrinə arxalanacaq və bu, nəzarətin itirilməsinə gətirib çıxaracaq.

N.Təbrizli

Избранный
16
1
anews.az

2Источники