
“İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ı sonsuz müharibələrə sürükləyir”.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, məşhur iqtisadçı-alim Ceffri Saks deyib.
O, amerikalı jurnalist Taker Karlsona müsahibəsində Netanyahunun 30 ildir ABŞ-ı müharibələrə cəlb etdiyini vurğulayıb. Ekspertin fikrincə, İsrail növbəti dəfə Vaşinqtonu İranla münaqişəyə məcbur etməyə çalışır.
E. KAMAL