RU

Tahir Gözel: “Kimsə deyə bilməz ki, bunlar təsadüfdür”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın prezidenti Tahir Gözel Çempionlar Liqasında “Kopenhagen”ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, funksioner “CBC Sport”a fləş-müsahibəsində bunları deyib:

“Möhtəşəm və çətin oyun oldu. İlk hissədə komandamız üstün oynadı. Qoldan sonra daha çox müdafiə olunduq və daha sonra möhtəşəm əks-hücumla ikinci qolu vurduq. Bu oyun göstərdi ki, “Benfika” qələbəsi təsadüf deyildi. Artıq “Qarabağ” Avropanın ən nəhəng klubları ilə mübariz oynaya bilər. Regionda bunu edən yeganə klubuq və tarix yazırıq. Bu gün artıq yuxarı sıralardayıq. “Liverpul”lar ardımızdadır. Bu zəfəri xalqımıza yaşada bildiyimiz üçün qürurluyuq.

“24-lüy”ə düşmək şansımız var. Niyə də olmasın? “Qarabağ” 12 dəfə buralarda oynayıb, təcrübəmiz var. Kimsə deyə bilməz ki, bunlar təsadüfdür. “Qarabağ” Avropada dastan yazır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
futbolpress.az

1Источники