RU

Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serial qətllər haqqında hekayələr adətən qəddar kişi personajları ilə bağlıdır. Kino və televiziya bunu daha da gücləndirir: cinsiyyət stereotipləri qəhrəman və cinayətkar obrazları müəyyən edir. Lakin tarixin səhifələrində qadın qatillərin də mövcudluğu bunu göstərir ki, qəddarlıq yalnız kişilərin “ixtisası” deyil. Bu yazıda tarixin ən bədnam və amansız qadın serial qatillərindən beşini təqdim edəcəyik - onların hekayələri dəhşətli olmaqla yanaşı insan təbiətinin qaranlıq tərəfini göstərir.Reyting.az xəbər verir ki, çox vaxt təbii gözəllikləri və cazibədarlığı sayəsində bu qadınlar illərlə şübhədən yayınmağı bacarıblar. Onların təsirli xarakteri və ağıllı planları, əksər hallarda ətrafındakı insanları aldatmağa və qurbanlarını özlərinə yaxınlaşdırmağa imkan verib. Seçimimizdə 16-cı əsrdən 21-ci əsrə qədər müxtəlif tarixi dövrlərə aid sərt və amansız qadın qatilləri yer alır. Hər biri öz dövrünün qanuni və sosial normalarını sarsıdan əməlləri ilə yadda qalıb.Elizabeth Báthori (1560–1614)Macarıstanlı zadəgan Elizabet Báthori de Ecsed 16–17-ci əsrlərdə yüzlərlə gənc qadını öldürüb. Əvvəlcə o, yalnız kəndli qadınlarını hədəf alırdı ki, bu da onun hər hansı ictimai diqqət çəkməsinə mane olurdu. Lakin zaman keçdikcə, Báthorinin zadəgan qadınları da qurban verdiyi barədə şayiələr yayılıb və onun fəaliyyəti daha çox diqqət mərkəzinə düşüb.Onun vəhşiliklərinin araşdırılmasına yalnız 1610-cu ildə Kral Matiasın təşəbbüsü ilə başlanılıb. Qrafinyanın zorakılıqlarından sağ çıxan təxminən üç yüz nəfər şahid qismində dindirilib. Daha sonra Báthorinin evində şikəst, yaralı və ölən qurbanlara dair əlavə sübutlar tapılıb. Nəticədə, Elisabeth Báthori etdiyi cinayətlərə görə həbs olunub və tarixdə “Qanlı Qrafini” kimi qalıb.Meri Ann Kotton (1832–1873)Meri Ann Kotton tez-tez Britaniyanın ilk seriyalı qatili kimi tanınır. Həyatı boyu ən azı 21 nəfəri qətlə yetirdiyi məlumdur. Onun qurbanları arasında keçmiş ərləri və onların ailə üzvləri də var idi – Kotton insanları əsasən sığorta polislərindən qazanc əldə etmək məqsədilə öldürüb.Meri Ann Kottonun yaxınları bir-birinin ardınca heyrətamiz şəkildə ölsələr də, o, uzun müddət şübhələrdən kənarda qalıb. Onun qatil kimi fəaliyyəti 1873-cü ildə geniş yayılmış söz-söhbətlər nəticəsində üzə çıxıb. Qurbanlarından birinin qalıqlarında arsenik tapıldıqdan sonra bütün şübhələr onun üzərinə yönəlib və Meri Ann Kotton məhkəməyə gətirilərək edam edilib.Amelia Dyer (1836–1896)Meri Ann Kottondan sonra Britaniyada ortaya çıxan digər qadın seriyalı qatil Amelia Dyerdir. Tibb bacısı olan Dyer, həyatı boyu təxminən 400 körpəni öldürüb. 1869-cu ildə dul qaldıqdan sonra o, bu dəhşətli cinayətləri pul qarşılığında törədib.Əvvəlcə yeni doğulmuş körpələrə opiatlar verərək onları öldürən Dyer, sonra onları kəndirlə boğub və cəsədləri Temza çayına atıb. Müstəntiqlər onun izini körpələrdən birinin qalıqlarında tapılmış sübutlar vasitəsilə aşkara çıxarıblar. Amelia Dyer 1896-cı ildə törətdiyi cinayətlərə görə asılıb. Leonarda Cianciulli, 1894-1970İtalyan Leonarda Cianciulli 1917-ci ildə vətəndaşlıq qeydiyyatı şöbəsinin əməkdaşı ilə evlənib. Onunla 17 hamiləlik yaşayıb və 14 uşaq dünyaya gətirib. Müxtəlif xəstəliklər səbəbindən yalnız dörd övladı yetkinliyə qədər sağ qalıb. Övladlarının faciəvi ölümləri onun psixikasına təsir edib və Leonardanın uşaqlarının təhlükəsizliyi üçün başqalarının həyatını qurban verməyə hazır olduğuna inanmasına səbəb olub.Cianciullinin ardıcıl qətlləri 1939-cu ildən 1940-cı ilə qədər baş verib. Bu müddət ərzində o, üç qadını balta ilə öldürüb, bədənlərini parçalayıb və parçalamaq üçün kaustik soda istifadə edib.1946-cı ildə o, həbs edilib və məhkəmə qarşısına çıxarılıb. İstintaq zamanı daha bir dəhşətli detal üzə çıxıb. Leonarda öldürdüyü qadınların qalıqlarını sabun və tortlara çevirdiyini, qonşularına və dostlarına payladığını etiraf edib. Bunun üçün qatilə “Korregjionun sabun ustası” ləqəbi verilib. Nəticədə Leonarda Cianciulli 30 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını çəkməyib və 1970-ci ildə həbsxanada vəfat edib.Myra Hindley (1942–2002)Serial qatil Myra Hindley cinayətlərini digər bir cinayətkar, İan Brady ilə birlikdə törədib. Onlar 1961-ci ildə tanış olublar və demək olar ki, dərhal Hindley Bradiyə aşiq olub. Daha sonra cütlük birlikdə mürəkkəb zorlama və qətl planları hazırlamağa başlayıb.1963-cü ildə Hindley və Bradynin ilk qurbanları, yalançı bəhanələrlə özlərinə yaxınlaşdırdıqları dörd uşaq oldu: Pauline Reade, John Kilbride, Keith Bennett və Lesley Ann Downey. Onların qətlləri 1965-ci ildə Hindleynin qaynının polisə müraciət etməsi ilə ifşa edilib. Qaynı iddia edirdi ki, Brady 17 yaşlı Edvard Evansı balta ilə öldürüb və Saddlvort Moorda basdırılmış bir çox cəsədi görüb.Bu ifadədən dərhal sonra cütlük həbs edilib və geniş araşdırmalar aparılıb. Hindley və Brady 1966-cı ildə məhkəmə qarşısına çıxarılıb, çoxsaylı qətllərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum ediliblər. Myra Hindley 2002-ci ildə həbsxanada vəfat edib.Rauf RƏCƏBOVReyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
reyting.az

2Источники