ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü Emin Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.