RU

Bizi vaxtından əvvəl qocaldan qidalar

Pəhrizdə bəzi qidaların həddindən artıq istehlakı vaxtından əvvəl qocalmağa səbəb ola bilər.

Qastroenteroloq və diyetoloq Nuriya Dianova xəbərdar edib ki, bəzi qidaların çoxluğu sağlamlığa mənfi təsir göstərir və erkən qocalmanı sürətləndirə bilər. “Abzats” nəşri üçün danışan Dianova bildirib ki, şəkər və spirt ciddi sağlamlıq problemlərinə yol açır və nəticədə qocalmanı tezləşdirir. Həmçinin, rasionda duzun həddindən artıq olması podaqra, böyrək daşları və digər təhlükəli xəstəliklərin inkişafına səbəb ola bilər.

Diyetoloq əlavə edib ki, kolbasa, fast food, kərə yağı və süd məhsullarının istehlakına diqqət yetirmək lazımdır. Bu qidələrdə çoxlu miqdarda yağ var ki, bu da ömrü qısaldan xəstəliklərin yaranmasını sürətləndirə bilər.//E-saglam.az 

Избранный
17
4
musavat.com

5Источники