RU

ABŞ-dan Ukraynaya DƏSTƏK

ABŞ Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya kəşfiyyat məlumatları verəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın enerji infrastrukturuna qarşı uzunmüddətli zərbələr üçün kəşfiyyat məlumatları ilə təmin edəcək. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda zərbələrin endirilməsi ilə bağlı Kiyevə kömək etmək üçün kəşfiyyat agentlikləri və Pentaqon üçün icazə sənədi imzalayıb”, - jurnalistlər yazıb.

Vurğulanıb ki, Kiyevə bu cür hücumlarda ilk dəfə yardımı məhz Donald Tramp administrasiyası təşkil edəcək.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq da Trampın Ukraynaya Rusiya ərazisinin dərinliklərinə qədər uzaq məsafədən zərbələr endirməsinə icazə verdiyini iddia edib. Onun sözlərinə görə, Rusiyada toxunulmaz ərazilər yoxdur. Bu sözləri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu bəyanatları diqqətlə təhlil etdiyini bildirib.

Nuray

Xəbər 2 dəfə oxunub.
Избранный
20
1
xezernews.az

10Источники