RU

Giləzi qəsəbəsində bıçaqlanma hadisəsi baş verib

Xızı rayonunun Giləzi qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, insident “Kərpic zavod” adlanan ərazidə şəxsi mübahisə zəminində baş verib.
 
2007-ci il təvəllüdlü Məmmədov Emin Ceyhun oğlu tanışı, 1988-ci il təvəllüdlü Yəhyaev Hüseynbala Cürət oğluna bıçaqla xəsarət yetirib.
 
İlkin məlumata əsasən, H.Yəhyaev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralar alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır.
 
Избранный
18
1
moderator.az

4Источники