
Biləsuvarda bir nəfər evində ölü tapılıb.
Reyting.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzildə aşkar edilib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.