RU

Xızıda 18 yaşlı oğlan tanışını bıçaqladı

Xızı rayonunun Giləzi qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, insident “Kərpic zavod” adlanan ərazidə şəxsi mübahisə zəminində baş verib.

2007-ci il təvəllüdlü Emin Ceyhun oğlu Məmmədov tanışı, 1988-ci il təvəllüdlü Hüseynbala Cürət oğlu Yəhyaevə bıçaqla xəsarət yetirib.

İlkin məlumata əsasən, H.Yəhyaev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralar alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır.

Избранный
17
2
konkret.az

4Источники