Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin La-Quardia havalimanında insident yaşanıb. Belə ki, eniş-qalxış zolağında ikitəyyarə toqquşub.
Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.
Təyyarələrin yüngül toqquşması nəticəsində itki olmasa da, birnəfərin xəsarət aldığı deyilir.
Qəza edən hər iki hava gəmisi “Delta Air Lines” hava yollarışirkətinə məxsusdur. Məlumata görə, təyyarənin birinin qanadhissəsi, ikincinin burun hissəsi ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.