RU

Konor Makqreqor Ağ Evdə döyüşmək üçün müqavilə imzaladı

ain.az bildirir, Dogru.az portalına istinadən.

Keçmiş iki divizion UFC çempionu Konor Makqreqor Ağ Evdə döyüşmək üçün müqavilə imzaladığını açıqlayıb.

Doğru.az xəbər verir ki, Makqreqor Fox News-a müsahibəsində “Müqavilə hazırlanıb, imzalanıb, təhvil verilib. Mən Amerikanın 250 illik yubileyi üçün Ağ Evdə döyüşəcəyəm”, – deyib.

UFC-nin Ağ Evdə keçiriləcək nömrəli tədbiri 2026-cı ilin iyununda baş tutacaq. Makqreqor həmin tədbirdə Maykl Çandlerlə qarşılaşacaq.

Qeyd edək ki, irlandiyalı döyüşçü qarışıq döyüş sənəti karyerasında 28 dəfə rinqə çıxıb, 22 qələbə, 6 məğlubiyyət alıb. Son iki görüşündə isə amerikalı Dastin Puaryeyə uduzub – əvvəlcə nokautla, daha sonra ayağının sınması səbəbindən. Makqreqorun son döyüşündən 4 il 3 ay keçib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
dogru.az

2Источники