RU

Həyatdan çox pis zərbə aldım

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşaqlıq dostum desəm yanılmaram. Biz Cabirlə eyni vaxtda başladıq: KVN, işə, televiziyaya. Hansı bağlılıq, yoxluq haqda deyim? Həyatdan çox pis zərbə aldım".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artist Murad Dadaşov "Xəzər xəbər"ə açıqlamasında deyib. Dadaşov mərhum dostu, Əməkdar artist Cabir İmanovla bağlı danışıb.

"Həyat ədalətsizdir? Bundan sonra məndə sual var... Nəinki təkrarolunmaz, əvəzolunmaz insanı itirdik. Bu, adamı lap sarsıdır. Cabir vətənpərvər, dostpərvər, insanpərvər biri idi. Onun 4 övladı üçün cabiri heç kim əvəz edə bilməz. Biz hamımız birləşib bir Cabir olmağa çalışacağıq" deyə, M.Dadaşov əlavə edib. 

Qeyd edək ki, C.İmanov bir neçə gün əvvəl infraktdan dünyasını dəyişib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
axsam.az

1Источники