ABŞ Prezidenti Donald Tramp bu gün ölkənin kəşfiyyat xidmətlərinin qapalı iclasında iştirak edəcək.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ liderinin bu gün üçün olan iş qrafikində yer alıb.
Media üçün qapalı keçiriləcək toplantı Bakı vaxtı ilə 19:00-da Ağ Evdə Oval kabinetdə baş tutacaq.
Bununla belə, iclasın mövzusu açıqlanmayıb.
"Cebheinfo.az"