RU

İlon Maskın sərvəti 500 milyard dolları görüb

Tesla-nın baş icraçı direktoru (CEO) İlon Mask, şəxsi sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.

Forbes jurnalının real vaxt rejimində açıqladığı “Milyarderlər Siyahısı”na əsasən, Bakı vaxtı ilə saat 23:30-da Maskın sərvəti 500 milyard dollara yüksəlib. Lakin ticarət gününün sonunda bu göstərici 499,1 milyard dollar səviyyəsində qeydə alınıb.

Maskın sərvətindəki artıma Tesla səhmlərinin son aylarda dirçəlməsi, eləcə də onun süni intellekt startapı xAI və kosmik şirkəti SpaceX-in dəyərinin yüksəlməsi təsir edib. Elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri ilin əvvəlindən bəri təxminən 14% bahalaşıb.

Forbes-un siyahısında Maskdan sonra Oracle-ın qurucusu Larri Ellison və Meta-nın rəhbəri Mark Zukerberq qərarlaşıb.

Xatırladaq ki, Maskın sərvəti ilk dəfə 2020-ci ilin avqustunda 100 milyard dolları aşmış, 2021-ci ilin yanvarında isə təqribən 190 milyard dollarla dünyanın ən varlı insanı elan olunmuşdu.

İş elanları AzVak.az-da

Избранный
24
4
marja.az

10Источники