Türkmənistanın Füzulidə inşa edəcəyi məscidlə bağlı bir sıra detallar məlum olub.
Modern.az-ın məlumatına görə, məscidin layihələndirilməsi və tikintisi Türkmənistanın Qurbanqulu Berdımuhamedov adına Uşaq xeyriyyə fondu tərəfindən maliyyələşdiriləcək.
Layihənin icrası Türkmənistanın “Aga-gurluşyk” şirkətinə həvalə olunub.
Qeyd edək ki, məscid ideyası Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhamedovun 2025-ci ilin iyulunda Azərbaycana səfəri zamanı səsləndirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayında Füzulidə Türkmənistan tərəfindən məscid inşa ediləcəyini açıqlayıb.
Elnur Əmirov