RU

Türkmənistan Füzulidə məscid tikəcək - Detallar açıqlandı

Türkmənistanın Füzulidə inşa edəcəyi məscidlə bağlı bir sıra detallar məlum olub.

Modern.az-ın məlumatına görə, məscidin layihələndirilməsi və tikintisi Türkmənistanın Qurbanqulu Berdımuhamedov adına Uşaq xeyriyyə fondu tərəfindən maliyyələşdiriləcək.

Layihənin icrası Türkmənistanın “Aga-gurluşyk” şirkətinə həvalə olunub.

Qeyd edək ki, məscid ideyası Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhamedovun 2025-ci ilin iyulunda Azərbaycana səfəri zamanı səsləndirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayında Füzulidə Türkmənistan tərəfindən məscid inşa ediləcəyini açıqlayıb.

Elnur Əmirov

Избранный
16
3
modern.az

4Источники