RU

Almaniya kansleri Orbanı tənqid etdi

Almaniya kansleri Fridrix Merz Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib.

Redaktor.az xəbər verir ki, bu  barədə "Bloomberg" nəşri məlumat dərc edib.

Vəziyyətlə tanış olan mənbələrə görə,iki lider arasında "qarşıdurma" Aİ-nin özünün müdafiəsini necə təmin edə biləcəyi və Ukraynanı dəstəkləməsi ilə bağlı müzakirələr zamanı baş verib.

"Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Fridrix Merz Viktor Orbanı tənqid atəşinə tutub, Macarıstanın baş nazirini blokun təhlükəsizliyi ilə bağlı müzakirələri pozmaqda günahlandırıb", - KİV yazıb.

Müəlliflərin fikrincə, bu söz-söhbət Avropa İttifaqında Orbanla bağlı narazılığın daha bir əlamətidir.  Bildirək ki, Macarıstanın baş naziri Rusiyaya qarşı sanksiyaları dayandırmaq üçün dəfələrlə veto hüququndan istifadə edib və Ukraynanın Aİ üzvlüyünə qarşı çıxıb.

Избранный
15
1
redaktor.az

4Источники