RU

Prokuror Nizami Alışana cəza istəyib

Bakı. Trend:

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyutaalqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərinkülli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən NizamiAlışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdədövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nizami Alışanın 12 il müddətəazadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası 13 oktyabrda baş tutacaq.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm vəvalyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min,Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə küllimiqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəlisürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşıoğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlununkürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru MəhəmmədMəmmədovun oğludur.

Избранный
21
13
az.trend.az

10Источники