RU

Çempionlar Liqası: Addai, yoxsa Haaland?

“Qarabağ”ın hücumçusu Emmanuel Addainin vurduğu qol UEFA Çempionlar Liqasında həftənin ən yaxşısına namizəd olub.

İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında yer alan siyahıda 24 yaşlı forvardla yanaşı, “Mançester Siti”dən Erlinq Haaland, “Monako”dan Cordan Teze və PSV-dən İsmael Saibari də göstərilib.

Xatırladaq ki, Addai Bakıdakı görüşdə “Kopenhagen”ə qarşı komandasının ikinci qolunu vurub, “Qarabağ” isə 2:0 hesabı ilə qalib gəlib.

 

Избранный
28
1
idmanxeber.az

2Источники