RU

Merz AB sammitində Orbanı tənqid edib 

Almaniya kansleri Fridrix Merz dünən Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin vəziyyətlə tanış olan mənbələrinin bildirdiyinə görə, “toqquşma” Aİ-nin özünün müdafiəsini necə təmin edə biləcəyi və Ukraynanı dəstəkləməsi ilə bağlı müzakirələr zamanı baş verib.

“Çərşənbə günü Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Fridrix Merz Viktor Orbanı tənqid atəşinə tutub, Macarıstanın baş nazirini blokun təhlükəsizliyi ilə bağlı müzakirələri pozmaqda günahlandırıb”, mətndə deyilir.

Poliqon.info

Избранный
22
1
poliqon.info

4Источники