RU

Media: Danimarkada keçirilən Aİ sammiti çıxılmaz vəziyyətə düşüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) oktyabrın 1-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən qeyri-rəsmi sammiti müdafiə sahəsindəki müzakirələr fonunda çıxılmaz vəziyyətə düşüb.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, sammitdə pilotsuz uçuş aparatları, hərbi təyyarələr və hibrid hücumlarla bağlı son insidentlər müzakirə olunub. Görüş zamanı Avropa İttifaqı ölkələrinin rəhbərləri əvvəlcədən planlaşdırılmış iki saat əvəzinə müdafiə məsələlərinə təxminən dörd saat vaxt sərf ediblər.

Bununla belə, yekun nəticələr qənaətbəxş olmayıb və əsas məsələlərin əksəriyyəti açıq qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники