RU

4 cü yerdəyik və “Liverpul”dan öndəyik Tahir Gözəl

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdi”."Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl deyib. Ağdam klubunun rəhbəri komandasının Çempionlar Liqasının turnir cədvəlində "Liverpul"u qabaqlamasını xüsusi vurğulayıb:

“Artıq inanıram ki, bu gündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq. Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Mənim prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsınlar. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq. Bu, bir möcüzədi. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andı. Hesab edirəm ki, bir qələbə və bir heç-heçə də olsa, “Qarabağ” ilk 24-lüyə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
5
icma.az

6Источники