RU

Kopenhagendə gərgin sammit: Müdafiə məsələləri cavabsız qaldı

Avropa İttifaqının oktyabrın 1-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən qeyri-rəsmi sammiti pilotsuz uçuş aparatları, hərbi təyyarələr və hibrid hücumlarla bağlı insidentlər fonunda çıxılmaz vəziyyətə düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Avropa ölkələrinin liderləri müdafiə məsələlərini geniş müzakirə edib və planlaşdırılan iki saat əvəzinə bu mövzuya iki dəfə artıq vaxt sərf ediblər. Lakin "Politico" qeyd edir ki, nəticə etibarilə əhəmiyyətli qərarlar az olub, əsas məsələlərin əksəriyyəti isə cavabsız qalıb.

Xatırladaq ki, Avropa İttifaqının qeyri-rəsmi sammiti oktyabrın 1-də Kopenhagendə keçirilib. Oktyabrın 2-də isə eyni şəhərdə Avropa Siyasi Birliyinin iclası baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники