RU

Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2- 30 oktyabr tarixində Yevlaxda, İsmayıllıda, Yardımlıda, Siyəzəndə, Göygöldə, Saatlıda, Zaqatalada və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.Newscenter.az xəbər verir ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.Ruhiyyə Mehdiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
21
newscenter.az

10Источники