RU

Qarabağ ın Avropada növbəti RƏQİBİNİ TANIYAQ 15 dəfə baha, adlı sanlı ispan klubu

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Qarabağ" İspaniyanın tarixi klublarından olan "Athletik Bilbao"nun qonağı olacaq. Görüş Bilbao şəhərində, məşhur "San Mames" stadionunda keçiriləcək.

BAKU.WS təmsilçimizin adlı-sanlı rəqibi barədə ümumi məlumatları təqdim edir:

1898-ci ildə təsis olunan "Athletik Bilbao" yalnız Bask bölgəsində doğulmuş və böyümüş futbolçuları heyətinə qatmaqla tanınır. Bu siyasət klubun əsas özəlliyi və güc mənbəyidir.

Məşhur "Transfermarkt" portalının məlumatına əsasən komandanın ümumi bazar dəyəri 380 milyon avrodur. Komanda hazırda 27 futbolçudan formalaşıb, orta yaş həddi 26.9-dur.

Komandanı təcrübəli çalışdırıcı Ernesto Valverde idarə edir. O, əvvəllər də Bilbao klubunda işləyib və "Barselona"da qazandığı böyük təcrübəni yenidən doğma klubuna gətirib.

Niko Villiams komandanın ən bahalı futbolçusudur. Onun bazar dəyəri təxminən 70 milyon avro təşkil edir.

Qiymət baxımdan ən bahalı növbəti oyunçu isə 40 milyon Avro dəyərlə mərkəz müdafiəçisi Dani Viviandır.

Kapitan İnaki Villiams sürəti və gücü ilə tanınır. Komandada ən yüksək maaş alan futbolçulardan biridir. onun transfer dəyəri 15 milyon avrodur.

28 yaşlı qapıçı Unai Simon 28 milyon Avro bazar dəyərinə sahibdir. O, İspaniya millisinin əsas qapıçısıdır və klubun etibarlı oyunçularındandır.

Xatırladaq ki, "Qarabağ"ın bazar dəyəri 24.83 milyon Avrodur.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" qarşılaşması oktyabrın 22-si saat 20:45-də baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
baku.ws

2Источники