RU

Kopenhagendə ara qarışdı: Merts Orbanla “toqquşdu”

Almaniya kansleri Fridrix Merts dünən Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin vəziyyətlə tanış olan mənbələrinə görə, “toqquşma” Aİ-nin öz müdafiəsini necə təmin edə biləcəyi və Ukraynanı dəstəkləməsi ilə bağlı müzakirələr zamanı baş verib.

“Çərşənbə günü Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Fridrix Merts Viktor Orbanı tənqid atəşinə tutub, Macarıstanın baş nazirini blokun təhlükəsizliyi ilə bağlı müzakirələri pozmaqda günahlandırıb”, mətndə deyilir.

Müəlliflərin fikrincə, bu söz-söhbət Avropa İttifaqında Orbanla bağlı narazılığın daha bir əlamətidir. Macarıstanın baş naziri Rusiyaya qarşı sanksiyaları dayandırmaq üçün dəfələrlə veto hüququndan istifadə edib və Ukraynanın Aİ üzvlüyünə qarşı çıxıb.

Избранный
10
publika.az

1Источники