RU

İrandan Azərbaycana 15 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 15 kiloqram 200 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Sərhəd XidmətiDövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Dövlət Sərhəd XidmətiDövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info

Избранный
13
27
poliqon.info

10Источники