RU

Tramp bir ay sonra Si Tszinpinlə görüşəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp yaxın dörd həftə ərzində Çin Xalq Respublikasının Sədri Si Tszinpin ilə görüşəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Tramp şəxsi sosial media platforması olan Truth Socialda məlumat paylaşıb.

Trampın sözlərinə görə, görüşün əsas mövzusu soya lobiyası və Çinlə ticarət məsələləri olacaq. O bildirib ki, hazırda Çin yalnız danışıqlar aparır, lakin ABŞ-dan soya məhsulları alışı həyata keçirmir və bu da amerikalı fermerlərə zərər vurur.

“Mən Çin Sədri Si Tszinpinlə dörd həftə sonra görüş keçirəcəyəm. Əsas müzakirə mövzumuz soya olacaq”, – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, ABŞ gömrük rüsumları hesabına ciddi gəlir əldə edir və bu vəsaitin bir hissəsi fermerlərə dəstək üçün istifadə olunacaq.

Trampın bu bəyanatı, ABŞ və Çin arasında ticarət münasibətlərinin yenidən gündəmə gəldiyi bir vaxtda verilib.

Избранный
26
veteninfo.az

1Источники