RU

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı



Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir.

aia.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Min dəfə üzr istəyirəm, bəlkə də Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var”, - Paşinyan qeyd edib.

O iddia edib ki, “Zəngəzur dəhlizi” termini Ermənistanla bağlı deyil:

“Horadiz-Zəngilan yolu daha uzundur, “Zəngəzur dəhlizi” deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur”.

Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox "Zəngəzur dəhlizi" kimi təqdim olunur.

aia.az



Избранный
24
7
aia.az

8Источники