RU

ANAMA: Şuşada tələ qurğusu aşkarlanıb

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb. Aşkar olunan tələ qurğu ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Избранный
17
40
ikisahil.az

10Источники