RU

Kreml: Amerikanın “Tomahawk” raketləri Kiyevə ötürülsə, Moskva cavab verəcək

Amerikanın “ Tomahawk” qanadlı raketləri Kiyevə ötürülərsə, Moskva buna lazımi şəkildə cavab verəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Kiyevlə kəşfiyyat məlumatı paylaşacağı ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqton onlayn rejimdə Ukrayna ilə məlumatları paylaşır: "Amerika Birləşmiş Ştatları onlayn rejimdə Ukrayna ilə davamlı olaraq kəşfiyyat məlumatlarını bölüşür. Bu, yeni məlumat deyil".

Peskov bunun KİV xəbəri olmasına da diqqət çəkib: "Baxmayaraq ki, təcrübə göstərir ki, belə xəbərlər təsadüfən yayılmır".

O qeyd edib ki, paylaşılan xüsusi kəşfiyyat məlumatları haqqında yalnız fərziyyələr söyləmək olar.

“Ancaq aşkardır ki, kəşfiyyat məlumatları paylaşılır, daha doğrusu, mübadilə edilmir, tədarük edilir və bütün NATO və ABŞ infrastrukturlarından kəşfiyyat məlumatlarının toplanması və Ukrayna ilə bölüşdürülməsi üçün istifadə olunur”, - deyə Kremlin sözçüsü yekunlaşdırıb.

Избранный
20
2
apa.az

3Источники