Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-nın Florida ştatında 300 il əvvəl batmış İspaniya gəmisində təxminən 1 milyon dollar dəyərində qızıl və gümüş sikkələr tapılıb. Reyting.az xəbər verir ki, xəzinə 1715-ci ildə qasırğada qərq olmuş İspaniya donanmasının qalıqları arasında aşkar edilib.“Xəzinə Sahili” kimi tanınan ərazidə aparılan qazıntılar zamanı nadir qızıl əşyalarla birlikdə 1000-dən çox gümüş sikkə (real) və 5 qızıl sikkə (eskudo) tapıblar. Mütəxəssislərin fikrincə, bu, 400 milyon dollar dəyəri olan itmiş xəzinənin kiçik bir hissəsidir.Qazıntıya rəhbərlik edən kapitan Levin Şavers və onun komandası xəzinənin “əsrlər boyu qum və dənizin altında qorunub saxlanıldığını” bildirib.“Hər bir sikkə İspaniya İmperiyasının Qızıl Dövründə yaşamış və dənizlərdə üzən insanlarla maddi bir əlaqədir. 1000 sikkənin birdəfəlik kəşfi qeyri-adidir”,- kapitan qeyd edib.Sikkələrin o dövrdə İspaniyaya sərvət daşımaq üçün istifadə edilən koloniyalardan (Meksika, Peru və Boliviya) daşındığı bildirilir.Bəzilərinin 300 ildən çox yaşı olmasına baxmayaraq, hələ də oxuna bilən tarixlər var.Mütəxəssislər sikkələrin qasırğada dağılmış sandıq və ya tək bir yükə aid ola biləcəyinə inanırlar.Tapıntı Floridadakı muzeylərdə nümayiş etdirilməzdən əvvəl xüsusi konservasiya və bərpadan keçəcək.V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.