Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb.
QOL.az xəbər verir ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. turnirdə 7 ölkədən 40 idmançı iştirak edir.
Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.