RU

Alpinistlər yeni rekorda imza atıblar - Foto

Alpinistlər

Fransalı alpinistlər, bu sahədə daha çox tanınan Benjamen Vedrin və Nikola Jan Nepalın ərazisinə yaxın Himalay istiqamətində yerləşən, hündürlüyü 6808 metrə çatan Anideş Çuli ("Ağ dalğa") adlı dağa qalxmaqla, idman bioqrafiyalarında yeni rekorda imza atıblar. Hər iki alpinist tamamilə maneəsiz və heç təhlükə riski olmadan uğurlu ekspedisiya həyata keçiriblər.

Reyting.az
-ın məlumatına görə, alpinistlər 1150 metrlik və çətin şimal silsiləsi marşrutunu cəmi bir günə, alpin üslubunda qət ediblər.

Vedrin bu uca zirvəni fəth etməyin onun üçün böyük şərəf olduğunu bildirib. Dron vasitəsilə çəkilən kadrlar isə ekspedisiya zamanı paylaşılıb.



Qeyd olunur ki, belə uğurlu çıxış həm də hər iki alpinistin arzuladığı əsas böyük məqsədə xidmət edir. Fransız alpinistlərin sözlərinə görə, bu ilin çətin marşrutlarından biri sayılan "Janna"-nın şimal divarına qalxmaq üçün iddialıdırlar və onların fikrincə, bu yeni uğur həm də hazırlıq mərhələsi hesab olunur. Alpinistlərin ən böyük hədəfi ilk dəfə dağın şərq zirvəsinə çatıb daha sonra "Janna" zirvəsinin şimalındakı divara qalxmaqdır.

Xatırladaq ki, zirvə daha əvvəl də alpinistlərin marağına səbəb olmuşdu, üstəlik, sonuncu dəfə 2023-cü ildə yapon alpinist komandası tərəfindən sınaqdan keçirilmişdi.

Oqtay QORÇU
Избранный
8
1
reyting.az

2Источники